Türk Şurası: 2020-2025-ci illər üçün türk strategiyası hazırlanıb

Türk Şurası: 2020-2025-ci illər üçün türk strategiyası hazırlanıb "Hazırlanmış həmin “Turkic World Vision-2040” sənədinin surətini bu gün mən Sizə təqdim etməyi özümə şərəf sayıram"
Xarici siyasət
137
19 Yanvar , 2021 16:35
Türk Şurası: 2020-2025-ci illər üçün türk strategiyası hazırlanıb

“2020-2025-ci illər üçün türk strategiyasının və 2020-2040-cı illər üçün türk dünyası barədə təsəvvürlərimizi əks etdirən sənədin hazırlanmasını başa çatdırmışıq. Bu sənəd türk dünyasının gələcəyini, bizim əməkdaşlığımızı, bütün sahələrdə - siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, gənclər və başqa sahələrdə inteqrasiyanı əks etdirir”.

“Report” xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev yanvarın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda qəbulunda olarkən deyib.

“Hazırlanmış həmin “Turkic World Vision-2040” sənədinin surətini bu gün mən Sizə təqdim etməyi özümə şərəf sayıram. Siz Türk Şurasının üzvü olan ölkələrin nazirlikləri və idarələri ilə sıx əlaqəli şəkildə işlənib hazırlanmış bu sənədi bəyənəndən sonra qarşıdakı sammitdə biz bir il ərzində onu reallaşdırmağa başlayacağıq”, - B.Amreyev bildirib.

Son xəbərlər

Orphus sistemi