Türkiyə səfirliyində “Türk dünyası qardaşlığı nəsillərdən-nəsillərə” adlı sərgi keçirilib

Türkiyə səfirliyində “Türk dünyası qardaşlığı nəsillərdən-nəsillərə” adlı sərgi keçirilib Türkiyənin Azərbaycandakı səfirliyində “Türk dünyası qardaşlığı nəsillərdən-nəsillərə” adlı sərgi keçirilib.
Xarici siyasət
18 May , 2019 15:49
Türkiyə səfirliyində “Türk dünyası qardaşlığı nəsillərdən-nəsillərə” adlı sərgi keçirilib

Türkiyənin Azərbaycandakı səfirliyində “Türk dünyası qardaşlığı nəsillərdən-nəsillərə” adlı sərgi keçirilib.

"Report”un məlumatına görə, “19 May Gənclik, idman və Atatürkü anma” gününə həsr olunan sərgidə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd olunan günün mahiyyətindən danışıb.

O bildirib ki, 19 May Mustafa Kamal Atatürkün milli mücadiləyə başladığı gündür: “Bu mücadilə həm də xalqın əzmkarlığı ilə başlayıb uğurla sona çatıb və Türkiyənin işğal olunma təhlükəsi ilə üzləşən torpaqları azad olunub. Biz bu il həmin böyük tarixi hadisənin 100-cü ildönümünü qeyd edirik”.

Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganer qeyd edib ki, “19 May Gənclik, idman və Atatürkü anma” gününü Azərbaycanda qeyd etmək onlar üçün ikiqat bayramdır: “Azərbaycanla bizim əlaqələrimizin genişlənməsi hamımızın inkişafı üçündür. Azərbaycan və Türkiyə əlaqələri daim inkişaf edir. Biz bu gün tədbirə qatılmaqla özümüzü çox sevincli hiss edirik”.

Daha sonra sərgidə əsərləri nümayiş olunan azərbaycanlı rəssamlar Aygün İsgəndərova və Elnurə İsgəndərova çıxış ediblər. Onlar Türkiyə səfirliyinə öz minnətdarlığını bildiriblər.

Sonda sərgidə əsərləri nümayiş etdirilən rəssamlara Türkiyənin Azərbaycandakı səfirliyinin fəxri fərmanları təqdim olunub.

FOTO: Firi Səlim

Son xəbərlər

Orphus sistemi