Tunis və Kamerun prezidentləri Azərbaycanın dövlət başçısına məktub göndəriblər

Tunis və Kamerun prezidentləri Azərbaycanın dövlət başçısına məktub göndəriblər Bakı. 21 iyun. REPORT.AZ/ Tunis Prezidenti Beji Kaid əs-Sebsi Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Xarici siyasət
21 İyun , 2018 13:49
Tunis və Kamerun prezidentləri Azərbaycanın dövlət başçısına məktub göndəriblər
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Tunis Prezidenti Beji Kaid əs-Sebsi Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulamaqdan böyük məmnunluq hissi keçirirəm.

Mən, həmçinin fürsətdən istifadə edərək, dost xalqlarımızın qarşılıqlı marağı naminə ikitərəfli münasibətlərimizi daha da inkişaf etdirmək üçün Zati-alinizlə birgə işləmək arzusunda olduğumu bildirməkdən məmnunluq duyuram".

Kamerun Prezidenti Pol Biya da Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub göndərib. 

Məktubda deyilir: 

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Gününün yaratdığı xoş fürsətdən istifadə edərək Sizə səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Son xəbərlər

Orphus sistemi