“TRT World” Araşdırma Mərkəzinin direktoru: “Bu gün dünyada islamofobiya geniş yayılıb”

“TRT World” Araşdırma Mərkəzinin direktoru: “Bu gün dünyada islamofobiya geniş yayılıb” “Azərbaycanın iki il öncə apardığı legitim mübarizəsinə bəzən primitiv klişelərlə qiymət verilib”.
Xarici siyasət
16 mart 2023 08:34
“TRT World” Araşdırma Mərkəzinin direktoru: “Bu gün dünyada islamofobiya geniş yayılıb”

“Azərbaycanın iki il öncə apardığı legitim mübarizəsinə bəzən primitiv yanaşmalarla qiymət verilir. Hesab edirəm ki, bu yanaşmalar çox vaxt publikaya hesablanıb”.

“Report”un xəbərinə görə, bunu “TRT World” Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, son 30-40 il ərazində İslamla bağlı xeyli tədqiqat aparılıb: “Lakin həmin araşdırmalar islamofobiyanı tam olaraq tədqiq edə bilməyib. Biz ilk növbədə medianın islamofobiyanı necə təqdim etdiyinə diqqət yönəltməliyik. Təəssüf ki, bu gün dünyada islamofobiya geniş vüsət alıb. Ona görə islamofobiyadan danışarkən həm də meta çərçivələri qabartmalıyıq ki, onlar dərin kök salmış inanclar üzərində qurulub”.

T.Çerkaui bildirib ki, Azərbaycan iki il öncə legitim mübarizə aparıb və öz torpaqlarını işğaldan azad edib.

Son xəbərlər

Orphus sistemi