"The Korea Times" qəzeti: "Ermənistanda nüvə silahının istehsalı olduqca təhlükəlidir"

"The Korea Times" qəzeti: "Ermənistanda nüvə silahının istehsalı olduqca təhlükəlidir" Ç.Çonq-de: "Sabiq baş nazir Hrant Baqratyanın bəyanatı təəssüf doğurur"
Xarici siyasət
16 Sentyabr , 2016 07:54
The Korea Times qəzeti: Ermənistanda nüvə silahının istehsalı olduqca təhlükəlidir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Koreya Respublikasında ingilis dilincə ən çox oxucu kütləsinə sahib qəzetlərdən olan "The Korea Times" qəzetində “Ermənistanda nüvə təsisatı” başlıqlı məqalə dərc olunub.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyindən "Report"a verilən məlumata görə, jurnalist Ç.Çonq-de Ermənistanın sabiq baş naziri Hrant Baqratyanın Ermənistanda nüvə silahının olmasına dair bəyanatının təəssüfedici olduğunu bildirib, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı münaqişənin olduğunu nəzərə alaraq bu bəyanatın narahatlıq doğurduğunu, bəyanatın doğru olacağı təqdirdə müharibənin təkrar başlaya biləcəyini, bəyanatın ciddi qəbul edilməli olduğunu diqqətə çatdırıb.

Ç.Çonq-de Ermənsitan vətəndaşlarının nüvə və radioaktiv nüvə tullantıları materıallarının qaçaqmalçılığı ilə məşğul olmasına dair məlumatların yayıldığını, cari ilin aprel ayında əvvəllər Metsamor Atom Elektrik Stansiyasında çalışmış üç Ermənistan vətəndaşının sərhəddən nüvə materiallarının qanunsuz yolla Gürcüstana keçirmək və dəyəri 200 milyon ABŞ dolları olan 238 növlü uranı satmaq istərkən həbs edildiklərini, həbs edilənlərdən birinin Ermənistan xüsusi xidmət orqanlarının keçmişi əməkdaşı olduğunun üzə çıxdığını qeyd edib.

Məqalədə həmçinin Gürcüstan sərhədini keçərkən həbs olunan ermənilərin sayında müşahidə olunan artımın nüvənin zənginləşdirilməməsi üzrə ABŞ və digər ölkədən olan ekspertlər üçün həyəcan siqnalı verdiyi, xüsusilə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı fonunda Metsamor AES-in bütünlükdə region üçün təhlükə olduğu, eyni zamanda Koreyanın regiondakı investisiya layihələri üçün də təhlükə yaratdığı bildirilir.

Jurnalist Azərbaycan prezidenti İlham Əliyevin 31 mart – 1 aprel 2016-cı il tarixlərində Vaşinqtonda keçirilmiş Nüvə Enejisi Sammtində çıxış edərək beynəlxalq ictimaiyyətin diqqətini Metsamor AES-ə yönəltdiyi və xalqları bu nüvə təsisatının yaradacağı şüalanmanın qarşısını almaq üçün tədbirlər görməyə çağırdığı qeyd olunur.

Ç.Çonq-de Beynəlxalq Atom Enerjisi Agentliyini və dünya ictimaiyyətini Ermənistan tərəfindən radioaktiv maddələrin qaçaqmalçılığına qiymət verilməyə və ciddi şəkildə nəzarətə götürməyə çağırıb. Jurnalist Ermənistan və Şimali Koreyanın nüvə silahının istehsalı istiqamətində ambisiyalarına və nüvə materiallarının qaçaqmalçılığına davam edəcəkləri təqdirdə hər birimizin məhvolma riskini tezləşdirəcəyini qeyd edib.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://m.koreatimes.co.kr/phone/news/view.jsp?req_newsidx=213984

Son xəbərlər

Orphus sistemi