“The Jerusalem Post”: Azərbaycan beynəlxalq hüquqa sadiqdir

“The Jerusalem Post”: Azərbaycan beynəlxalq hüquqa sadiqdir “The Jerusalem Post” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla tanınmış jurnalist Mayyan Caffe Hofmanın müsahibəsi əsasında məqalə dərc edilib.
Xarici siyasət
501
18 İyul , 2020 04:53
“The Jerusalem Post”: Azərbaycan beynəlxalq hüquqa sadiqdir

“The Jerusalem Post” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla tanınmış jurnalist Mayyan Caffe Hofmanın müsahibəsi əsasında məqalə dərc edilib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin əməkdaşı Əsmər Yusifzadənin “Report”a verdiyi məlumata görə, beynəlxalq hüququn norma və prinsipləri və bu kontekstdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və İsrail-Fələstin münaqişələrinə toxunulub.

Qəzetdə Azərbaycanın İsraillə 25 ildən artıqdır ki, dərin ikitərəfli münasibətlərinin olduğu və ölkəmizin İsraili tam olaraq tanıyan və diplomatik əlaqələr quran azsaylı müsəlman ölkələrindən olduğu qeyd edilir. Səfir vurğulayıb ki, Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin illik iclasında Azərbaycan yüksək səviyyədə təmsil olunub. Azərbaycanın İsraillə bu münasibətlərin digər müsəlman dövlətlərinə örnək olması qeyd olunur.

Elin Süleymanov İsrailin müsəlman dövlətləri ilə daha yaxşı münasibətinin olduğu hazırki vəziyyətdə İordan çayının qərb sahili ilə bağlı anneksiya planlarını həyata keçirməsinin ona zərər verə biləcəyini  bildirib. Əksinə, digər yolun seçilməsi onun xoş məramından xəbər verər.

Səfir bildirib ki, ölkəmiz beynəlxalq hüquqa zidd gedərək anneksiya planını dəstəkləyə bilməz və bu İsrail-Fələstin münaqişəsinin Azərbaycan tərəfindən dəstəklənən “iki dövlət” (two state solution) həlli prinsipinə qarşıdır.

Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən səfir ölkəmizin beynəlxalq tanınmış ərazilərinin 20%-dən çoxunun Ermənistan tərəfindən işğal olunduğunu, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri ilə bu ərazilərin Azərbaycan ərazisi olmasının təsdiqləndiyini bildirir.

Məqalənin tam mətni ilə https://www.jpost.com/arab-israeli-conflict/azeri-amb-israeli-ties-with-muslim-states-to-improve-if-does-not-annex-635431 internet səhifəsindən tanış  olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi