"The Ethiopian Herald" qəzetində Azərbaycan səfiri ilə müsahibə dərc olunub

"The Ethiopian Herald" qəzetində Azərbaycan səfiri ilə müsahibə dərc olunub Elman Abdullayev İlk Avropa Oyunları barədə məlumat verib
Xarici siyasət
12 May , 2015 11:45
The Ethiopian Herald qəzetində Azərbaycan səfiri ilə müsahibə dərc olunub

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və Afirka İttifaqı yanındakı Daimi nümayəndəsi Elman Abdullayev Efiopiyanın aparıcı mətbuat orqanı olan “The Ethiopian Herald” qəzetinə Azərbaycanın uğurları, regionda aparıcı rolu və ölkəmizdə tolerantlıq ənənələri mövzuları ilə bağlı müsahibə verib. "Report"un məlumatına görə, Səfir Elman Abdullayev müsahibədə Azərbaycanda əsrlərdən bəri tolerantlıq ənənələrinin inkişaf etdiyini qeyd edərək, Azərbaycanın dünyada multikulturalizmi təbliğ edən ölkələrdən biri olduğunu vurğulamışdır. O, Azərbaycanın tarix boyu ərazisində müxtəlif xalqlara və müxtəlif dini etiqadlara mənsub olan insanların birlikdə harmoniya və sülh şəraitində yaşadığını bildirmişdir. Beynəlxalq ictimaiyyətdə tolerantlıq nümunəsi kimi tanınan Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış etdiyini və mötəbər tədbirlərə ev sahibliyi etdiyini oxucuların diqqətinə çatdırmışdır. Misal olaraq, bu ilin 18-19 may tarixlərində Bakıda III dünya “Mədəniyyətlərarası Dialoq” forumunun keçirilməsinin nəzərdə tutulduğu göstərilmişdir. Beynəlxalq tədbirlərə gəldikdə səfir Elman Abdullayev cari ilin iyun ayında keçiriləcək İlk Avropa Oyunları "Baku 2015" barədə də məlumat verib.

Müsahibədə müstəqil Azərbaycanın qısa bir zamanda sürətli inkişafını qeyd edən səfir Elman Abdullayev xalqımızın Ümummilli lideri və xilaskarı Heydər Əliyevin Azərbaycanda sabitliyin və inkişafın təmin edilməsində tarixi və misilsiz rolu barədə məlumat vermişdir. Ulu Öndər Heydər Əliyevin liderliyi ilə Azərbaycan xalqının çətin imtahanlardan uğurla çıxdığı və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımladığı qeyd edilmişdir.

Müsahibədə, həmçinin Azərbaycan - Efiopiya münasibətləri, iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri barədə söhbət aparılmışdır. 

Son xəbərlər

Orphus sistemi