Texas parlamentində Xocalı faciəsi ilə bağlı yeni qətnamə qəbul olunub

Texas parlamentində Xocalı faciəsi ilə bağlı yeni qətnamə qəbul olunub Qətnamədə qeyd olunub: "Qırğın Ermənistan silahlı qüvvələri tərəfindən törədilib"
Xarici siyasət
17 Fevral , 2015 09:53
Texas parlamentində Xocalı faciəsi ilə bağlı yeni qətnamə qəbul olunub

Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasının üzvü Cin Vu Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar qəbul olunan qətnaməni yayıb.

"Report" "İnterfaks-Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Azərbaycan dispora təşkilatı (USAN) məlumat verib. 

Qətnamədə qeyd olunub ki, Azərbaycanın  Dağlıq Qarabağ bölgəsində Xocalının dinc əhalisinin qırğını Qarabağ müharibəsi dövründə Rusiya hərbçilərinin dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən törədilib. 

"Bu müharibə vaxtı baş verə biləcək cinayət haqqında xəbərdarlıq və zorakılığa yol verməmək üçün dialoqun inkişaf etdirilməsinin zəruri olmasının  acı bir xatırlatmasıdır", - qətnamədə deyilir. 

Qeyd olunub ki, 2 il əvvəl Texas parlamenti oxşar qətnamə qəbul edib. 

Xocalıda baş verən qırğın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı tarixində ən faciəvi hadisələrdən biridir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin dəstəyi iləXocalı şəhərini ələ keçirib. Nəticədə, ən azı 613 nəfər vəhşicəsinə qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə ahıl yaşlı insanlar olub. 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb. 

Son xəbərlər

Orphus sistemi