Tereza Mey: "Böyük Britaniya və Azərbaycan möhkəm əlaqələr qurub"

Tereza Mey: "Böyük Britaniya və Azərbaycan möhkəm əlaqələr qurub" Baş nazir: "Bu əməkdaşlığı sonrakı illərdə də dərinləşdirmək niyyətindəyik"
Xarici siyasət
15 Mart , 2018 11:36
Tereza Mey: Böyük Britaniya və Azərbaycan möhkəm əlaqələr qurub
Reuters

Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycan tam suveren və müstəqil millət kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir."

"Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Meyin VI Bakı Qlobal Forumunun iştirakçıları üçün müraciətində deyilir.

"1992-ci ildə diplomatik münasibətlərin yaranmasının əvvəlindən Böyük Britaniya və Azərbaycan möhkəm və məhsuldar əlaqələr qurub", - T.Mey bildirib.

O qeyd edib ki, energetika sahəsində uzunmüddətli əməkdaşlıqla yanaşı, tərəflər vacib məsələlərin geniş diapazonu üzrə əməkdaşlıq edir: "Bu əməkdaşlığı sonrakı illərdə də dərinləşdirmək niyyətindəyik."

"Bakı Qlobal Forumunun altı il ərzində keçirilməsi, indiki və sabiq dünya liderlərinin bir araya gəlməsi münasibətilə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm", - baş nazirin müraciətində deyilir.

O bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dialoqun təşviqi üçün forum keçirir və dünyanın bu gün qarşılaşdığı bir çox məsələlər üzrə biliklərini bölüşür.

Son xəbərlər

Orphus sistemi