Çingiz Əsgərov: "Hakim vəzifəsinə namizədləri 2016-cı ilin yanvarına qədər təqdim edəcəyik"
Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsində (AİHM) təmsil edən hakim Xanlar Hacıyevin səlahiyyət müddəti artırılıb.
Bunu "Report"a Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.
Ç.Əsgərov bildirib ki, Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakim vəzifəsinə namizədlərin yeni siyahısını hələlik
Ç.Əsgərov deyib ki, qaydaya uyğun olaraq, hazırda Azərbaycanı Avropa Məhkəməsində təmsil edən Xanlar Hacıyevin səlahiyyət müddəti artırılıb.
Qeyd edək ki, 2003-ci ildən Azərbaycanı Avropa Məhkəməsində təmsil edən X.Hacıyevin səlahiyyət müddəti bu ilin oktyabrın 31-də başa çatır.
Azərbaycan hökuməti bu ilin aprelində Avropa Məhkəməsinin hakimi vəzifəsinə üç namizəd irəli sürüb. Namizədlər Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygun Abdullayeva və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova olub.
AŞPA-nın Alt Komitəsi namizədləri qəbul etməyib və siyahını geri qaytarıb.