Tehranda Xəzəryanı ölkələrin İşçi Qrupunun iclası keçirilir

Tehranda Xəzəryanı ölkələrin İşçi Qrupunun iclası keçirilir Xarici işlər nazirlərinin müavinləri Xəzərin hüquqi statusu məsələsini müzakirə edəcəklər
Xarici siyasət
1 İyun , 2015 10:20
Tehranda Xəzəryanı ölkələrin İşçi Qrupunun iclası keçirilir

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinlərinin görüşü keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Xəbərə görə, Azərbaycan, Qazaxıstan,Türkmənistan, Rusiya və İran diplomatlarından ibarət xüsusi İşçi Qrup Xəzərin hüquqi statusunu müzakirə edəcəklər.

Bu, Xəzər dənizi üzrə xüsusi işçi qrupun 40-cı iclasıdır.

Qeyd edək ki, İşçi Qrupun 39-cu görüşü Bakıda olub. Xəzəryanı ölkələrin dövlət başçılarının sonuncu sammiti isə 2014-cü ildə Rusiyanın Həştərxan şəhərində baş tutub. Növbəti zirvə toplantısının Qazaxıstanda keçiriləcəyi barədə razılıq əldə edilib. 

Son xəbərlər

Orphus sistemi