Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib - YENİLƏNİB

Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib - YENİLƏNİB Prezidentlər görüşdə çıxış ediblər
Xarici siyasət
1 Noyabr , 2017 21:13
Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib - YENİLƏNİB

Bakı. 1 noyabr. REPORT.AZ/ Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

"Report" xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.

Sonda dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.


*** 19:53

İranın paytaxtı Tehran şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli Zirvə görüşü başlayıb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, görüşdə üç ölkə arasında əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunur.

Dövlət başçıları enreji sahəsində əməkdaşlıq, aktual regional məsələlər, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparırlar. 

Son xəbərlər

Orphus sistemi