Təbrizdə Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan verilib

Təbrizdə Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan verilib Azərbaycanın Təbrizdəki baş konsulluğunda anım mərasimi keçirilib
Xarici siyasət
12 Dekabr , 2014 15:54
Təbrizdə Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan verilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Təbrizdəki baş konsulluğu tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Azərbaycanın Təbrizdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, mərasimdə ilk öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun ruhuna müqəddəs "Qurani-Kərim"dən ayələr oxunulub.

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək, Heydər Əliyevin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib, ümummilli liderin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərinin olduğunu bildirib. Ə.Əlizadə Heydər Əliyevin Azərbaycanın müstəqilliyi üçün təhlükənin yarandığı bir dövrdə xalqın təkidli tələbilə Azərbaycan rəhbərliyinə gəldiyini, Heydər Əliyevin müasir Azərbaycanın banisi olduğunu vurğulayıb.

Baş konsul Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunması, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın bugünkü sürətli sosial-iqtisadi inkişafının, sabitliyinin Heydər Əliyevin müdrik siyasətinin nəticələri olduğunu qeyd edib, hazırda da bu müdrik siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Bundan sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film və videoçarx nümayiş etdirilib, ehsan süfrəsi açılıb.

Anım mərasimində İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Numayəndəliyinin rəhbəri, Təbriz şəhərinin fərmandarı, Şərqi Azərbaycan vilayətinin dövlət rəsmiləri, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Təbrizdəki diplomatik korpusun təmsilçiləri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Anım günü ilə əlaqədar həmçinin İranın Qərbi Azərbaycan vilayətinin ostandarının da başsağlığı məktubu baş konsulluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi