TDT-nin Baş katibi: Türk dövlətləri öz mədəni irslərinin siyahısını yaratmalıdırlar

TDT-nin Baş katibi: Türk dövlətləri öz mədəni irslərinin siyahısını yaratmalıdırlar Türk dövlətləri özləri də zəngin mədəni irslərinin siyahısını yaratmalıdırlar.
Xarici siyasət
14 Mart , 2024 11:46
TDT-nin Baş katibi: Türk dövlətləri öz mədəni irslərinin siyahısını yaratmalıdırlar

Türk dövlətləri özləri də zəngin mədəni irslərinin siyahısını yaratmalıdırlar.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

“Bu gün Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfrans çox vacibdir. Bugünkü konfransın mövzusu onu deməyə əsas verir ki, türk dünyasının, xalqlarımızın gələcək nəsillərə ötürməli olduğumuz ortaq və zəngin irsi var”.

K.Ömüralıyevin sözlərinə görə, türk dövlətlərinin zəngin irsə malik olmasına baxmayaraq, bütün mədəniyyət obyektləri UNESCO-nun siyahısına daxil edilməyib, lakin TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə bu istiqamətdə birgə fəaliyyət göstərmək olar: “Yalnız birlikdə biz irəli gedə bilərik, irsimizi gələcək nəsillərə ötürə bilərik”.

Son xəbərlər

Orphus sistemi