TDT-nin Baş katibi: "Heydər Əliyev Türk dünyasının memarlarından biridir”

TDT-nin Baş katibi: "Heydər Əliyev Türk dünyasının memarlarından biridir” "Heydər Əliyev Türk dünyasının memarlarından biridir”.
Xarici siyasət
10 May , 2023 12:44
TDT-nin Baş katibi: Heydər Əliyev Türk dünyasının memarlarından biridir”

"Heydər Əliyev Türk dünyasının memarlarından biridir”.

“Report” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanatında qeyd olunub.

"Qardaş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini bu gün - anadan olmasının 100-cü ildönümünün qeyd olunduğu bir gündə dərin ehtiramla yad edirik. 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Heydər Əliyev Azərbaycanın güclü və müasir dövlətə çevrilməsi üçün geniş imkanlar açmış dahi rəhbərdir. Onun vətənpərvərliyi, müdrikliyi və dəmir iradəsi sayəsində Azərbaycan siyasi, sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda böyük tərəqqiyə nail olmuşdur. Heydər Əliyev qardaş türk dövlətlərini və xalqlarını bir araya gətirməklə Türk dünyasının memarlarından biridir”, - bəyanatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi