TDƏŞ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib

TDƏŞ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib Görüşdə TDƏŞ-in yüksək səviyyəli görüşlərinin keçirilməsi, müvafiq sənədlərin ratifikasiyası və s. məsələlər müzakirə olunub
Xarici siyasət
21 Sentyabr , 2017 18:46
TDƏŞ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən "Report"a bildiriblər ki, TDƏŞ-in baş katibi Ramil Həsənov təşkilatın gündəliyində duran cari məsələlər haqqında məlumat verib.

İclasda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın və dayanıqlı siyasi dialoqun gücləndirilməsində TDƏŞ-in oynadığı xüsusi rolu qeyd edib.

Görüşdə TDƏŞ-in yüksək səviyyəli görüşlərinin keçirilməsi, müvafiq sənədlərin ratifikasiyası, TDƏŞ-in BMT Baş Assambleyasında Müşahidəçi statusu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, təşkilat çərçivəsində sahəvi əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

E.Məmmədyarov eyni zamanda Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Ankarada beynəlxalq konfransın təşkil edilməsinə görə TDƏŞ-in katibliyinə təşəkkür edib və sözügedən tədbirdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun məzmunlu çıxışını yüksək qiymətləndirib. 

Son xəbərlər

Orphus sistemi