Tbilisidəki Azərbaycan tarixi-mədəni abidələrinin vəziyyəti müzakirə olunub

Tbilisidəki Azərbaycan tarixi-mədəni abidələrinin vəziyyəti müzakirə olunub Tbilisi. 15 fevral. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.
Xarici siyasət
15 Fevral , 2018 20:04
Tbilisidəki Azərbaycan tarixi-mədəni abidələrinin vəziyyəti müzakirə olunub

Tbilisi. 15 fevral. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri müzakirə olunub.

Söhbət zamanı Tbilisi şəhərindəki Azərbaycan tarixi, mədəniyyət obyektlərinin fəaliyyəti, durumu, milli mədəni abidələrimizin vəziyyəti, onların bərpası, yenilənməsi məsələləri diqqət mərkəzində olub.

Sonra səfir Dursun Həsənov Şidi Kartli bölgəsinin qubernatoru Kaxa Samxaradze ilə görüşüb.

Görüşdə Şidi Kartli bölgəsində yaşayan soydaşlarımızın vəziyyəti, Azərbaycanın və Gürcüstanın bölgələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Hər iki ölkənin regionları arasında birbaşa əlaqələrin qurulması və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi