Tbilisidə "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin VI qeyri-rəsmi görüşü keçirilib

Tbilisidə "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin VI qeyri-rəsmi görüşü keçirilib Azərbaycanı görüşdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib
Xarici siyasət
26 Noyabr , 2015 18:30
Tbilisidə Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin VI qeyri-rəsmi görüşü keçirilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Tbilisidə "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin VI qeyri-rəsmi görüşü keçirilib.

"Report" Gürcüstan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş çərçivəsində proqram ölkələrinin xarici işlər nazirləri Riqa sammitində müəyyən olunmuş prioritetlərin həyata keçirilməsini, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığı müzakirə edib.

Görüşdə həmçinin Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han və Avropa İttifaqı baş katibinin müavini Helqa Şmidt də iştirak edib.

Azərbaycanı görüşdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Son xəbərlər

Orphus sistemi