Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçirilir - FOTO

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçirilir - FOTO Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canelidze üç ölkə arasındakı əməkdaşlığın perspektivlərini müzakirə edəcək
Xarici siyasət
19 Fevral , 2016 10:32
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçirilir - FOTO

Tbilisi. 19 fevral. REPORT.AZ/ Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin beşinci görüşü başlayıb.

"Report"un məlumatına görə, görüş zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Gürcüstan XİN başçısı Mixail Canelidze iqtisadiyyat, nəqliyyat sferasında üçtərəfli formatda əməkdaşlığın perspektivlərini, eləcə də regiondakı vəziyyəti müzakirə edəcək.

Görüşün sonunda yekun olaraq Tbilisi bəyannaməsi imzalanacaq.

Nazirlər, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinə baxış keçirəcək. Bu hissədə işlər demək olar, tam bitib və xəttin sınağı 2015-ci ildə həyata keçirilib.

Xatırladaq ki, Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü 2012-ci il iyunun 8-də baş tutub. Üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli görüşünə Gürcüstan ikinci dəfə ev sahibliyi edir.

Son xəbərlər

Orphus sistemi