Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25-ci ildönümü qeyd olunub

Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25-ci ildönümü qeyd olunub Tbilisi. 26 dekabr. REPORT.AZ/ Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25-ci ildönümünə və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert təşkil olunub.
Xarici siyasət
26 Dekabr , 2017 19:43
Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25-ci ildönümü qeyd olunub
Report

Tbilisi. 26 dekabr. REPORT.AZ/ Tbilisidə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25-ci ildönümünə və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert təşkil olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. 

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək ölkələrimiz arasındakı qədim dostluq əlaqələrindən danışıb. Müstəqillik illərində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra munasibətlərin yeni müstəvidə inkişaf etdiyini, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze çıxışında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin regional inkişafımızda və dunyada movqelərimizin möhkəmlənməsindəki rolunu xüsusi qeyd edib. 

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin kollektivi gürcü və azərbaycanlı tamaşaçılar qarşısında çıxış edib. Azərbaycanın xalq artistləri - Samir Cəfərov, Sevinc İbrahimova, əməkdar artistlər - Kəmalə Tağızadə, Mahir Məmmədov, Mehparə Cəfərova və başqaları Azərbaycan və klassik musiqiləri ifa ediblər. Konsertdə Gürcüstanın dövlət və hökumət üzvləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan şirkətlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi