Tbilisi meri “Azərbaycan diplomatik xidmət orqanları 100” yubiley medalı ilə təltif olunub

Tbilisi meri “Azərbaycan diplomatik xidmət orqanları 100” yubiley medalı ilə təltif olunub Tbilisi meri Kaxa Kaladze “Azərbaycan diplomatik xidmət orqanları – 100” yubiley medalı ilə təltif olunub.
Xarici siyasət
4 Sentyabr , 2019 18:13
Tbilisi meri “Azərbaycan diplomatik xidmət orqanları  100” yubiley medalı ilə təltif olunub

Tbilisi meri Kaxa Kaladze “Azərbaycan diplomatik xidmət orqanları – 100” yubiley medalı ilə təltif olunub.

“Report”un yerli bürosu xəbər verir ki, mükafatı Tbilisi merinə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov təqdim edib.

D.Həsənov bildirib ki, K.Kaladze medal və fəxri diploma Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfə, həmçinin Tbilisi və Bakı arasında müxtəlif sahələrdə sıx əməkdaşlığa görə layiq görülüb.

K.Kaladze mükafata görə minnətdarlığını bildirib: “Çox məmnunam ki, bu mükafata layiq görülmüşəm. Azərbaycan Prezidentinə bu mükafata görə təşəkkür edirəm. Energetika naziri olanda biz birgə Gürcüstan və Azərbaycanın maraqlarına uyğun bir sıra əhəmiyyətli layihələr həyata keçirmişik. Şadam ki, ölkələrimiz arasındakı bu münasibətlər daha da inkişaf etdirilir. Azərbaycan bizə tərəfdaş ölkədir və biz bu ölkə ilə münasibətlərə dəyər veririk”.

Görüşdə SOCAR şirkətinin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi