“Ukraynadakı müharibə ciddi böhrana və ərzaq qiymətlərinin artmasına səbəb olub”.
“Report” xəbər verir ki, bunu BMT-nin Cenevrə ofisinin Baş direktoru Tatyana Valovaya IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
O bildirib ki, dünya İkinci Dünya müharibəsindən bəri ən ağır geosiyasi böhranla üz-üzədir: “Lakin bu, yeganə böhran deyil. İqlim problemləri və pandemiyanın nəticələrini unutmamalıyıq”.
Onun sözlərinə görə, Qlobal Bakı Forumu dünya problemlərinin müzakirəsi üçün vaxtında keçirilən zəruri tədbirdir.