​Tatarıstan Respublikasının rəhbəri Azərbaycana səfər edəcək

​Tatarıstan Respublikasının rəhbəri Azərbaycana səfər edəcək Səfərin yaxın zamanlarda baş tutacağı gözlənilir
Xarici siyasət
12 Aprel , 2015 22:55
​Tatarıstan Respublikasının rəhbəri Azərbaycana səfər edəcək

Bakı. 12 aprel. REPORT.AZ/ Rusiya Federasiyası Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov Azərbaycana səfər edəcək.

"Report" "Tatar-inform"a istinadən xəbər verir ki, səfərin yaxın zamanlarda baş tutacağı gözlənilir.

Məlumata görə, R.Minnixanov səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycanda "KamAZ" markalı yük maşınlarının yığımı üzrə konveyeri şəxsən işə salacaq.

Qeyd edək ki, yaxın günlərdə Gəncə avtomobil zavodunda "KamAZ" markalı yük maşınlarının yığılması üzrə konveyer istifadəyə verilməsi planlaşdırılır.

Cari ilin fevral ayında "Gəncə avtomobil zavodu" İstehsal Birliyi ilə "KamAZ" ASC arasında Azərbaycanda və digər ölkələrdə "KamAZ" markalı yük maşınlarının yığımı və satışı üzrə saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi