Tatarıstan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Tatarıstan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Xarici siyasət
674
24 Dekabr , 2020 15:59
Tatarıstan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Rüstəm Minnixanov və İlham Əliyev

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir.

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və yaxınlarınıza möhkəm cansağlığı, sülh və xoşbəxtlik arzulayıram.

İndiki mürəkkəb dövrdə xüsusi olaraq Sizə doğma ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasının davamlı səmərəli inkişafının təmin edilməsi üçün bütün niyyətlərinizin həyata keçirilməsində tükənməz enerji və şövq arzulayıram. Qoy, Sizin zəngin təcrübəniz və yüksək nüfuzunuz Azərbaycan dövlətçiliyinin inamlı, firavan gələcəyinin rəhni olsun.

Tatarıstan və Azərbaycan arasında xoşniyyətli əməkdaşlığın tarixi ənənələrinə sadiqliyimizi təsdiqləyərək, ümidvaram ki, Rusiya-Azərbaycan strateji münasibətləri çərçivəsində bizim qarşılıqlı fəaliyyət potensialımız bundan sonra da səmərəli şəkildə reallaşacaq".

Son xəbərlər

Orphus sistemi