​Tanınmış çilili jurnalist Xocalı soyqırımı haqqında yeni məqaləsini dərc edib

​Tanınmış çilili jurnalist Xocalı soyqırımı haqqında yeni məqaləsini dərc edib "Damarlarımda qanım donur təsəvvür edəndə ki, həmin körpələrin ölmədən əvvəl gördükləri nə olub”
Xarici siyasət
16 Fevral , 2016 18:55
​Tanınmış çilili jurnalist Xocalı soyqırımı haqqında yeni məqaləsini dərc edib

Bakı. 16 fevral. REPORT.AZ/ Tanınmış çilili jurnalist Markos Borkoskinin “Cambio21” xəbərlər portalının internet səhifəsində Xocalı soyqırımı haqqında“ 24 il əvvəl Azərbaycanda törədilmiş qətliam. Dünya heç vaxt Xocalı adlı şəhəri unutmamalıdır” (http://www.cambio21.cl/cambio21/site/artic/20160215/pags/20160215142452.html) başlıqlı yeni məqaləsi dərc edilib.

Bu barədə "Report"a Azərbaycanın Çilidəki səfirliyindən məlumat verilib. 

Məqalədə müəllif Azərbaycanın Çilidəki diplomatik missiyasının müvəqqəti işlər vəkili Orxan Hacıyevlə apardığı söhbət nəticəsində Azərbaycanın Xocalı adlı şəhərində dinc və günahsız əhaliyə qarşı qətliamın törədilməsi haqqında ötən həftəki yazısına istinad edərək, çoxsaylı oxucu və ayrı-ayrı insanların müraciətinə əsasən baş verən soyqırım haqqında əlavə məlumatın əldə edilməsi məqsədilə yeni araşdırmalar aparılmasına vadar edildiyini bildirib.

O qeyd edib ki, hazırda Çilidə yay fəslidir və bir çox insaların oxumaq imkanı daha genişdir: "Hesab edirəm ki, jurnalistin vəzifəsi baş verən hadisə haqqında dünya ictimaiyyətinə məlumat verməklə yanaşı, həmçinin bu kimi qətliamların gələcəkdə baş verməməsi üçün öz töhfəsini verməkdən ibarətdir. Bəlkə də baş verəcəkdir. Allaha dua edirəm ki, baş verməsin, amma insanlar öz səhvlərindən nəticə çıxarmır, çünki əks təqdirdə Xocalıda baş verən bu dəhşətli hadisə yaşanmazdı”.

M.Borkoski 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalıda 613 nəfər dinc sakininsoyuqqanlıqla qətlə yetirildiyini bir daha diqqətə çatdıraraq, qətliamın çox uzaqda, dünyanın başqa yerində baş verməklə az sarsıdıcı və urəkyandırıcı olmadığını ifadə edib.

Daha sonra jurnalist vurğulayıb ki, qətliam qınanmalıdır: "İkiqat qınanmalıdır o halda ki, onun qurbanları qadınlar və uşaqlardır. Ondan daha çox qınanmalıdır ki, həmin qətl hadisələri işgəncə və digər vəhşiliklərlə müşahidə olunur. İnternetdə uşaq, hələ körpə uşaqların bədənlərinin şəkillərini gördüm və sizə səmimi söyləyim ki, onlara baxa bilmədən üzümü kənara çevirdim. Damarlarımda qanım donur təsəvvür edəndə ki, həmin körpələrin ölmədən əvvəl gördükləri nə olub”.

Diqqətə çatdırılıb ki, dünyanın bir çox ölkələrinin qanunvericlik orqanları tərəfindən Xocalıda baş verənləri pisləyən qətnamə layihələri qəbul edilib.

Müəllif öz yazısında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımı ilə əlaqədar ifadə etdiyi “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözlərinə də yer ayırıb.

“Xocalı sakinlərinə qarşı edilən hücumun səbəbi nə olursa olsun, onların heç birinə bəraət qazandırmaq olmaz. Yüzlərcə insanların, onların arasında yaşlılar, qadınlar və uşaqların qətlə yetirilməsinə heç vaxt heç bir bəraət gətirilə bilməz. Dünyanın bu tayında, Çilidə hazırda yay mövsumunun bitməsinə son bir neçə həftə qalır. Bir çoxları yenidən öz müntəzəm iş yerlərinə qayıdacaq. Uşaqlar məktəblərə dönəcək. Lakin yaxşıdır ki, hazırda bu məqaləni oxuyanlar biləcək və yadda saxlayacaqlar ki, dünyanın o tayında, çox uzaqda, 63 nəfər azərbaycanlı uşaqların qətli törədilib və onlar heç vaxt öz məktəblərinə dönə bilməyəcək. Onların həyatı o anda sona çatdı. Lakin bunu hər bir azərbaycanlı etdiyi kimi, sizə yada saldıqda həmin uşaqlar, qadınlar və yaşlılar ən azı yaddaşlarda yaşayacaq. Bəli, bu yaddaş acıdır, amma bütün dünya bunu unutmamalıdır”, - deyə müəllif öz məqaləsini tamamlayır.

Son xəbərlər

Orphus sistemi