Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyəyə səfər edib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, o, Türkiyən hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuşla görüşüb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Onlar həmçinin Türkiyədə may ayında keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinə hazırlıq, həmçinin fevralın 6-da baş vermiş dəhşətli zəlzələnin fəsadları barədə danışıblar.