Səfir: Bu il ilk dəfə MDB və BMT arasında qarşılıqlı fəaliyyətə dair birgə tədbir keçiriləcək

Səfir: Bu il ilk dəfə MDB və BMT arasında qarşılıqlı fəaliyyətə dair birgə tədbir keçiriləcək MDB tarixində ilk dəfə olaraq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda (2025-ci ilin sentyabrında) MDB və BMT arasında qarşılıqlı fəaliyyətə dair yüksək səviyyəli birgə tədbir keçiriləcək.
Xarici siyasət
23 Yanvar , 2025 12:26
Səfir: Bu il ilk dəfə MDB və BMT arasında qarşılıqlı fəaliyyətə dair birgə tədbir keçiriləcək

MDB tarixində ilk dəfə olaraq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda (2025-ci ilin sentyabrında) MDB və BMT arasında qarşılıqlı fəaliyyətə dair yüksək səviyyəli birgə tədbir keçiriləcək.

“Report” xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bu gün ölkəsinin 2025-ci ildə MDB-də sədrliyinə həsr olunmuş tədbirdə bildirib.

"BMT Baş Assambleyasının BMT ilə MDB arasında əməkdaşlıq haqqında növbəti qətnaməsinin qəbuluna da dəstək veriləcək. Bundan əlavə, Birliyə üzv olan ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində beynəlxalq gündəliyin aktual məsələləri üzrə bəyanatların hazırlanması və qəbulu istiqamətində səylər davam etdiriləcək", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi