T​bilisidə keçirilən konfransda korrupsiyaya qarşı mübarizənin yolları müzakirə olunub

T​bilisidə keçirilən konfransda korrupsiyaya qarşı mübarizənin yolları müzakirə olunub Tədbirdə “Şərq tərəfdaşlığı” ölkələrinin müvafiq strukturlarının, o cümlədən də Azərbaycanın Ədliyyə Nazirliyinin əməkdaşları iştirak ediblər
Xarici siyasət
23 İyun , 2016 17:42
T​bilisidə keçirilən konfransda korrupsiyaya qarşı mübarizənin yolları müzakirə olunub

Tbilisi. 23 iyun. REPORT. AZ/ İyunun 23-də Tbilisidə “Korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması”na həsr olunan beynəlxalq konfrans keçirilib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, konfransda korrupsiyaya qarşı mübarizənin yolları müzakirə olunub.

Avropa İttifaqı və Avropa Şurasının birgə təşkil etdiyi tədbirdə “Şərq tərəfdaşlığı” ölkələrinin müvafiq strukturlarının, o cümlədən də Azərbaycanın Ədliyyə Nazirliyinin əməkdaşları iştirak ediblər.

Konfransda əsasən “Şərq tərəfdaşlığı” ölkələrində korrupsiyaya qarşı mübarizənin səmərəsini artırmaq üçün hazırlanmış xüsusi proqram və layihələr müzakirə olunub, fikir mübadiləsi aparmaqdır.

Tədbirdə bildirilib ki, hüquq mühafizə orqanlarında və digər əlaqədar qurumlarda çalışan əməkdaşlar arasında şəffaflığı artırmaq üçün “vicdanlılıq və ya dürüstlük” testi hazırlanıb. Bu üsulla polis, prokurorluq, məhkəmə və digər orqanlarda çalışan əməkdaşları daha ciddi və məsuliyyətli çalışmağa sövq etmək, korrupsiyaya qarşı mübarizənin effektliliyini artırmaq mümkündür.

Müzakirələr zamanı korrupsiyaya qarşı mübarizədə vicdanlılıq və dürüstlüyün tətbiqi ilə əlaqədar Moldovada qəbul olunan qanunun müddəalar təhlil olunub, rəy və təkliflər səslənib. “Şərq tərəfdaşlığı” ölkələrinin bu qanunun, eləcə də Avropa İttifaqı və Avropa Şurasının qəbul etdiyi müvafiq sənədlərin öyrənilməsi, milli qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı tövsiyələr irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi