"Report" xəbər verir ki, Ə.Davudoğlu Fəxri Xiyabanda Heydər Əliyevin məzarı önünə əklil qoyub. Daha sonra o, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.
Türkiyənin baş naziri həmçinin Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Daha sonra Ə.Davudoğlu 1918-ci ildə Bakının daşnaqlardan azad olunması uğrunda mübarizədə həlak olan türk əsgərlərinin abidəsinə baş çəkib və əklil qoyub.




