Yuxarı

Türkiyə baş nazirinin Azərbaycana səfəri başlayıb

Səfərdə əsas məqsəd Cənubi Qafqaz qaz kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlatma mərasiminə qatılmaqdır

Bakı. 19 sentyabr. REPORT.AZ/ Türkiyə baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib. “Report”un xəbərinə görə, Əhməd Davudoğlunu Heydər Əliyev adına Beynəlxalq Aeroportda Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Davudoğlunun Bakıya səfərində əsas məqsəd Cənubi Qafqaz qaz kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlatma mərasimində iştirak etməkdir. Mərasim sentyabr ayının 20-də Səngəçal terminalında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi