Yuxarı
    Bağlamaq

    Mixail Şvıdkoy: "Heydər Əliyevin sayəsində Azərbaycan dünyada ən güclü və firavan dövlətlərdən birinə çevrilib"

    Moskvada Heydər Əliyevin anadan olmasının 94 illiyi şərəfinə rəsmi qəbul təşkil edilib

    Moskva. 11 may. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi şərəfinə rəsmi qəbul təşkil edilib.

    "Report"un Rusiya bürosunun verdiyi məlumata görə, tədbirdə Rusiya prezidentinin Mərkəzi Federal Dairədəki nümayəndəsi Aleksandr Beqlov, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçyov, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, digər rəsmi şəxslər, mədəniyyət nümayəndələri və Rusiyadakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

    "Heydər Əliyev müasir Azərbaycanın memarıdır. O, çətin zamanda Azərbaycan xalqını birləşdirməyi bacarıb. İnsanların çətin və sıx qrafikə baxmayaraq, hər il bura gəlib Heydər Əliyevin xatirəsini anması sevindirici haldır" -  Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

    Digər çıxış edənlər dahi siyasətçi haqqında xoş xatirələrini paylaşıblar. Onu şəxsən tanıyan natiqlər Heydər Əliyevin bütün qəlbi ilə öz xalqı, öz ölkəsi üçün mübarizə aparan böyük lider olduğunu qeyd ediblər.

    "Ötən əsrin 90-cı illəri çox ağır, gərgin olub. Heydər Əliyevin, sonra da İlham Əliyevin sayəsində Azərbaycan təkcə regionda yox, həm də dünyada ən güclü və firavan dövlətlərdən birinə çevrilib" - Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi