​Sudanın xarici işlər naziri Azərbaycana səfər edəcək

​Sudanın xarici işlər naziri Azərbaycana səfər edəcək Səfər çərçivəsində Azərbaycan və Sudan Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında memorandumun imzalanması da nəzərdə tutulur
Xarici siyasət
16 Mart , 2015 13:40
​Sudanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Bakı.16 mart. REPORT.AZ/ Sudan Respublikasının xarici işlər naziri Əli Əhməd Karti martın 17-də Azərbaycana rəsmi səfər edəcək. Sudan Respublikasının Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, səfər Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə baş tutacaq.

İki gün davam edəcək səfər zamanı Ə.Ə.Karti Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlər əsnasında iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələrin aparılması gözlənilir.

Səfər çərçivəsində Azərbaycan və Sudan Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında memorandumun imzalanması da nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi