​Stratfor: Qafqaz Rusiya və Qərb arasında yeni qarşıdurma nöqtəsi ola bilər

​Stratfor: Qafqaz Rusiya və Qərb arasında yeni qarşıdurma nöqtəsi ola bilər NATO-nun Gürcüstanda təlim mərkəzi açması buna sübutdur
Xarici siyasət
20 Avqust , 2015 02:04
​Stratfor: Qafqaz Rusiya və Qərb arasında yeni qarşıdurma nöqtəsi ola bilər

Bakı. 20 Avqust. REPORT.AZ/ Ukrayna münaqişəsinin kəskinləşməsi səbəbindən Rusiya və Qərb arasında qarşıdurma da güclənməkdədir.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Amerikanın "Stratfor" Analitik Araşdırmalar Mərkəzinin ekspertləri hesab edirlər ki, eyni zamanda bu mübahisənin mərkəzi Ukraynadan Qafqaza - Gürcüstan, Ermənistan və Azərbaycana keçə bilər.

Tədqiqatın müəllifləri yazırlar ki, Rusiya 2008-ci ildə Gürcüstan - Osetiya hərbi münaqişəsindən sonra Ermənistanda hərbi mövcudluğunu möhkəmləndirdi və orada güclü iqtisadi və siyasi mövqelər əldə etdi.

Analitiklər hesab edirlər ki, bununla yanaşı Ermənistan, Abxaziya və Cənubi Osetiyada hərbi mövcudluq, həmçinin Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq Rusiyanı regionda "dominantlıq edən xarici qüvvə" mövqeyi ilə təmin edir.

"Bununla belə, Qərb Rusiyanın keçmiş Sovet periferiyası ərazilərində nüfuzunu genişləndirməsinə yol vermək niyyətində deyil. Ukraynada üsyan zamanı ABŞ və Avropa İttifaqı Kiyevdə rusiyayönlü hökumətin Qərbin xeyrinə devrilməsini dəstəklədi. Və Qərb ölkələri açıq-aydın göstərdilər ki, onların dəstəyi Ukrayna ilə kifayətlənməyəcək. Qərb Mərkəzi və Şərqi Avropada hərbi bazalar tikməyə başladı, həmçinin bəzi keçmiş Sovet periferiyası ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə başladı", — deyə məqalədə bildirilir.

Eyni zamanda analitiklər güman edirlər ki, Rusiya və Qərb arasında yeni qarşıdurma nöqtəsi məhz Qafqaz ola bilər. NATO-nun bu ilin avqust ayının sonlarında Gürcüstanda hərbi təlim mərkəzi açması buna sübutdur.

Bundan əlavə, ekspertlər iddia edirlər ki, Ukraynada böhran başlayandan sonra 20 illik nisbətən sakit inkişafdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi gözlənilmədən gərginləşməyə başladı.

Material müəlliflərinin qeyd etdiyinə görə, Rusiya bu məsələdə təmkinli diplomatik mövqe tutur. Moskva iki ölkə arasında dialoqa çağırır, həmçinin təmkinlilik ünsürü qismində hər iki ölkəyə hərbi tədarükləri davam etdirir.

Son xəbərlər

Orphus sistemi