Konfransı AŞ baş katibinin müavini Qabriella Battaini-Draqoni açacaq. Tədbir iştirakçıları idmanda dopinqlə mübarizə sahəsində problemləri müzakirə edəcəklər. Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Devid Xoumen, İnsan Hüquqları üzrə Beynəlxalq institutun prezidenti və İHAM-ın sabiq prezidenti Jan-Pol Kosta əsas məruzəçilər qismində çıxış edəcəklər.
Azərbaycan AŞ Nazirlər Komitəsinə sədrliyi may ayında qəbul edib və noyabr ayının ortalarında səlahiyyət müddəti bitəcək.