Strasburqda AŞPA-nın yaz sessiyası işinə başlayır

Strasburqda AŞPA-nın yaz sessiyası işinə başlayır Sessiyasının işində Azərbaycan nümayəndə heyəti də iştirak edəcək
Xarici siyasət
20 Aprel , 2015 09:32
Strasburqda AŞPA-nın yaz sessiyası işinə başlayır

Bakı. 20 aprel. REPORT. AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün Strasburqda işinə başlayır. "Report" xəbər verir ki, deputatların müzakirə edəcəyi əsas mövzular insan haqları və beynəlxalq hüquqa riayət olunmasının zəruriliyi, "İslam Dövləti" terror qruplaşmasının fəaliyyəti nəticəsində yaranan humanitar vəziyyət, Avropa Şurasının yaxın 2 il ərzində büdcəsi və prioritetlərinin müəyyənləşdirilməsi, Avropada transgender insanlara qarşı ayrıseçkilik məsələləri olacaq.

Aprelin 22-də Rusiyanın AŞPA-dakı nümayəndə heyəti ilə bağlı sanksiyalara yenidən baxılması məsələsi də müzakirə olunacaq.

Belçika XİN rəhbəri Didye Reynders Belçikanın sədrliyi çərçivəsində AŞ Nazirlər Komitəsinin məlumatını sessiya iştirakçılarına təqdim edəcək. Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjniyeks 2014-cü ildəki fəaliyyəti haqqında illik hesabat verəcək. 

Sessiyanın işində MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri,  Azərbaycanın təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi MM deputatlar qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.

AŞPA sessiyası işini aprelin 24-də başa vuracaq. 

Son xəbərlər

Orphus sistemi