Yuxarı
    Bağlamaq

    Strasburqda AŞPA-nın payız sessiyası başlayır

    Sessiyada növbəti beş il üçün yeni baş katib seçiləcək

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün Strasburqda işinə başlayır. "Report"un məlumatına görə, sessiyanın əsas mövzusu Avropadakı miqrasiya böhranına humanitar və siyasi yardım olacaq.

    Həmçinin pasiyentlərin hüquqlarının qorunması və ictimai sağlamlığa əczaçılıq sənayesinin həddindən artıq təsirinin qarşısının alınması üzrə debatlar keçiriləcək, həmmüəlliflərdən birinin Milli Məclisin deputatı Rafael Hüseynovun olduğu "Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış haqqında" məruzə təqdim ediləcək.

    Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı məsələ, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) fəaliyyəti müzakirə olunacaq. Bundan başqa, sessiyada növbəti beş il üçün qurumun yeni baş katibi seçiləcək.

    Payız sessiyasının işi çərçivəsində Lüksemburqun böyük hersoqu Anri, Serbiyanın baş naziri Aleksandr Vuçiç, Bosniya və Herseqovinanın xarici işlər naziri Denis Zvizdiçin çıxış edəcəkləri gözlənilir.

    Sessiya oktyabrın 2-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi