Yuxarı
    Bağlamaq

    Strasburqda AŞPA-nın payız sessiyası başlayıb

    Oktyabr ayının 2-də sessiyada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edəcək

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası başlayıb. "Report" xəbər verir ki, hazırkı sessiyada əsasən Ukraynadakı vəziyyət, neofaşizmlə mübarizə məsələləri müzakirə olunacaq.

    Sessiya zamanı həmçinin Türkiyədəki prezident seçkilərində həyata keçirilmiş müşahidənin nəticələri, təşkilatın ötən il üçün iqtisadi əməkdaşlıq və inkişaf üzrə fəaliyyəti, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, Assambleyanın monitorinq prosedurlarının tərəqqisi, Gürcüstanda demokratik instituların fəaliyyəti və bir sıra digər məsələləri müzakirə olunacaq.

    Oktyabr ayının 2-də sessiyada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edəcək.

    Xatırladaq ki, Azərbaycan bu ilin may ayından noyabr ayına qədər AŞ Nazirlər Komitəsində sədrlik edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi