Strasburqda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

Strasburqda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib Strasburq. 19 yanvar. REPORT.AZ/ Strasburq Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edilmiş konfrans keçirilib.
Xarici siyasət
19 Yanvar , 2019 03:21
Strasburqda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

Strasburq. 19 yanvar. REPORT.AZ/ Strasburq Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edilmiş konfrans keçirilib.

“Report“un Qərbi Avropa bürosunun məlumatına görə, 2019-cu Strasburq Universitetinin Türk Araşdırmaları Departamenti (TAD) və Fransada Təhsil Alan Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF) birgə təşkilatçılığı ilə baş tutmuş bu tədbirdə, əsasən həmin təhsil ocağının müəllim və tələbə heyəti iştirak edib.

Konfransda çıxış edən TAD-nin direktoru, professor Stefan Dö Tapia (Stéphane De Tapia) və ASEAF-ın sədri Fərid Əliyev tədbir iştirakçılarına Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında qara hərflərlə əbədi yazılması barədə ətraflı məlumat verib və universitetdə təhsil alan tələbələrə sözügedən mövzu üzrə araşdırmalar aparmağı tövsiyə edib.

Konfransda çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov 20 Yanvar faciəsinin ölkəmizi müstəqilliyə aparan yolda bir dönüş nöqtəsi olduğunu qeyd edib. O, Sovet rəhbərliyinin əmri ilə törədilmiş bu qanlı cinayətin öz məqsədlərinə çatmadığını və xalqımızın iradəsini sındırmağa nail olmadığını vurğulayıb. Bu hadisənin Sovet İttifaqının süqutunu surətləndirərək, Azərbaycanın müstəqillik qazanmaq niyyətini daha da möhkəmləndiriyini bildirib. F.İsmayılov tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisəsinin dərhal ardınca Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımıza qarşı törədilmiş bu ağır cinayətə kəskin reaksiya verməsi, ordunu Azərbaycan xalqı üzərinə göndərmiş Sovet İttifaqı rəhbərliyini qəti şəkildə qınaması və millətimizin haqq səsinin beynəlxalq aləmə çatdırması haqqında da məlumat verib.

Daha sonra tədbir iştirakçılarına Qanlı Yanvar hadisələrindən bəhs edən video görüntülər və foto şəkillər nümayiş etdirilib və onların sualları cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi