Baş katib: "Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına mühüm töhfə verib"

Baş katib: "Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına mühüm töhfə verib" NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq qurulub.
Xarici siyasət
161
14 Dekabr , 2021 18:58
Baş katib: Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına mühüm töhfə verib

"Uzun illər ərzində NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq qurulub".

"Report" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir. NATO müttəfiqləri, həmçinin sizə köhnə sovet ordusundan qalmış artıq minaların və silah-sursatın zərərsizləşdirilməsi ilə bağlı kömək göstərmişdir. Bu gün biz birlikdə daha nələri edə biləcəyimizi müzakirə etdik.

Azərbaycan bizim Əfqanıstandakı sabiq missiyamıza mühüm töhfələr vermişdir və Azərbaycan Silahlı Qüvvələri Kabil hava limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamışdır. NATO müttəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyyarə ilə çıxarılaraq təhlükəsizliyinə nail olmuşdur. Bütün səyləriniz və dəstəyiniz üçün çox sağ olun. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik", - Stoltenberq bildirib.

Son xəbərlər

Orphus sistemi