Stokholmda Ermənistanın Qarabağ bəyanatını pozmasına etiraz edilib

Stokholmda Ermənistanın Qarabağ bəyanatını pozmasına etiraz edilib Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, İsveç Krallığının paytaxtı Stokholm şəhərində “SAF”, “Azərbaycan naminə”, “Qarabağ kultur cəmiyyəti” Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistanın basdırdığı minaların xəritəsini v
Xarici siyasət
25 Aprel , 2021 09:06
Stokholmda Ermənistanın Qarabağ bəyanatını pozmasına etiraz edilib

İsveç Krallığının paytaxtı Stokholm şəhərində “SAF”, “Azərbaycan naminə”, “Qarabağ kultur cəmiyyəti” Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistanın basdırdığı minaların xəritəsini vermədiyinə etiraz əlaməti olaraq aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, "Sergels torg" qarşısında gerçəkləşdirilən aksiyada "Ermənistan minalanmış ərazilərin xəritəsini vermir" şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.

Eyni zamanda "SAF"ın təşəbbüsü ilə İsveç parlamentınə Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunmuş ərazilərdə basdırdıqları minaların hücumlarına məruz qalırlar. Ötən ilin 10 noyabr tarixli üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, diqqət Ermənistanın partlayıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina etməsinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi