Yuxarı

Sterliqov: "Rusiya öz vətəndaşlarını təhvil vermir"

Mənə başa saldılar ki, nə Azərbaycana nə də başqa bir dövlətə təhvil verilə bilmərəm

Bakı. 01 sentyabr. REPORT.AZ/ Moskva şəhərinin “Domodedovo” hava limanında ötən gün saxlanılan rusiyalı iş adamı German Sterliqov sərbəst buraxıldıqdan sonra "Komsomolskaya Pravda" radiosuna müsahibə verib.

O bildirib ki, Rusiya vətəndaşı olduğu üçün Azərbaycanın tələbi ilə Bakıya təhvil verilə bilməzdi: "Rusiya qanunvericiliyinə əsasən vətəndaşlar beynəlxalq axtarışda olsalar belə digər dövlətlərə təhvil verilə bilməzlər. Rusiya vətəndaşları törətdikləri cinayətlərlə bağlı ancaq Rusiya məhkəməsi qarşısında cavab verirlər. Mənə başa saldılar ki, nə Azərbaycana nə də başqa bir dövlətə təhvil verilə bilmərəm".

Sterliqov həmçinin bildirib ki, yenidən işğal altındaki Dağlıq Qarabağa səfər edəcək.

Xatırladaq ki, Azərbaycan Dağlıq Qarabağda qanunsuz fəaliyyətinə görə iyulun 28-də G.Sterliqov barəsində İnterpol yolu ilə beynəlxalq axtarış elan edib. Onun barəsində 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi