Avropa İttifaqı Azərbaycanda ən etibarlı beynəlxalq təşkilatdır - SORĞU

Avropa İttifaqı Azərbaycanda ən etibarlı beynəlxalq təşkilatdır - SORĞU Avropa İttifaqı (Aİ) Azərbaycanda ən etibarlı beynəlxalq təşkilatdır.
Xarici siyasət
12 İyul , 2019 14:53
Avropa İttifaqı Azərbaycanda ən etibarlı beynəlxalq təşkilatdır - SORĞU

Avropa İttifaqı (Aİ) Azərbaycanda ən etibarlı beynəlxalq təşkilatdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanda keçirilən "EU Neighbours east" sorğusunun nəticələri göstərib.

Sorğunun nəticələrini bu gün Bakıda Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yanskauskas təqdim edib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 45%-i ən etibarlı beynəlxalq təşkilat kimi Aİ-ni qeyd ediblər. 

Bundan başqa, rəyi soruşulanların 25%-i BMT-nin, 20%-i isə NATO-nun adını çəkib.

Beləliklə, ötən illə müqayisədə Aİ-nin Azərbaycandakı etimad səviyyəsi 5% azalsa da, qurum ölkəmizdə ən çox etibar edilən beynəlxalq təşkilat kimi qalır.

Təqdimat zamanı səfir deyib ki, Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşı olaraq qalır.

O, hazırda Azərbaycan və Aİ-nin yeni tərəfdaşlıq sazişi üzrə danışıqların yekun mərhələsində olduğunu, eləcə də aviasiya haqqında saziş üzrə danışıqların davam etdirildiyini xatırladıb. Ötən il Azərbaycan və Aİ təhlükəsizlik və nəqliyyat sahəsində yeni dialoqa start verib.

Aİ səfiri həmçinin bu həftə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfər etdiyini xatırladıb. 

"Bu, onun Aİ Şurasının prezidenti kimi son regional səfəri idi. Bu səfər zamanı onun 2015-ci ildə baş tutmuş öncəki səfərindən bəri əməkdaşlıqda mühüm irəliləyişlər əldə edildiyi qeyd olunub", - K.Yankauskas vurğulayıb.

Son xəbərlər

Orphus sistemi