Son 25 ildə Almaniya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb

Son 25 ildə Almaniya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb Almaniya vətəndaşlığı alan şəxslərin 2244 nəfəri, yaxud 50,9%-i qadın, 2162 nəfəri, yaxud 49,1%-i isə kişidir
Xarici siyasət
8 Yanvar , 2018 12:57
Son 25 ildə Almaniya vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb

Bakı. 8 yanvar. REPORT.AZ/ 1992-2016-cı illərdə 4406 Azərbaycan vətəndaşı Almaniya vətəndaşlığı alıb.

Bunu “Report”un sorğusuna cavab olaraq Almaniyanın Federal Statistika İdarəsindən bildiriblər.

Azərbaycan vətəndaşlarına Almaniya vətəndaşlığı verilməsi ilə bağlı ən yüksək göstərici 2006-cı ildə qeyd alınıb. Həmin il 398 azərbaycanlı Almaniya pasportu alıb. Bu sahədə ən aşağı göstərici isə 1996-cı ilin payına düşür. Belə ki, qeyd edilən il cəmi 2 nəfər Azərbaycan vətəndaşı Almaniya pasportu əldə edib.

Məlumata görə, Almaniya vətəndaşlığı alan şəxslərin 2244 nəfəri, yaxud 50,9%-i qadın, 2162 nəfəri, yaxud 49,1%-i isə kişidir.

Federal Statistika İdarəsinin məlumatına görə, 1996-cı ildə Azərbaycan vətəndaşı olan qadınlardan Almaniyada vətəndaşlığı alan olmayıb. Bu cəhətdən ən yüksək göstərici isə 2006-cı ildə qeydə alınıb. Qeyd edilən dövrdə 186 azərbaycanlı qadın bu ölkənin pasportunu əldə edib.

Kişilərlə bağlı ən aşağı göstərici 1994-cü ildə, ən yüksək nəticə isə 2006-cı ildə qeydə alınıb. Belə ki, həmin illərdə müvafiq olaraq 1 və 212 azərbaycanlı kişi Almaniya vətəndaşlığı alıb. 

Son xəbərlər

Orphus sistemi