"Soçi bəyanatındakı müddəalar Azərbaycanın məqsədlərinə tam uyğundur"

"Soçi bəyanatındakı müddəalar Azərbaycanın məqsədlərinə tam uyğundur" “Ötən gün Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün nəticələrini Azərbaycan tərəfi üçün olduqca uğurlu qiymətləndirmək olar”.
Xarici siyasət
259
27 Noyabr , 2021 18:24
Soçi bəyanatındakı müddəalar Azərbaycanın məqsədlərinə tam uyğundur

“Ötən gün Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün nəticələrini Azərbaycan tərəfi üçün olduqca uğurlu qiymətləndirmək olar”.

Bunu “Report”a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ötən gün imzalanmış bəyanatda “Qarabağ” ifadəsinin işlənməməsi danışıqların yalnız Ermənistan-Azərbaycan münasibətləri ətrafında aparıldığına işarədir: “Onu da vurğulayım ki, bəyanatda “Dağlıq Qarabağın statusu” barədə də danışılmır. Ermənistan Baş nazirinin qaldırdığı “hərbi əsirlər” məsələsi də yekun sənəddə əksini tapmayıb. Belə ki, Azərbaycan Prezidenti hərbi əməliyyatlar bitəndən sonra 100 nəfərdən çox erməni hərbi qulluqçusunun qaytarıldığını diqqətə çatdırıb”.

Deputat qeyd edib ki, üçtərəfli görüşün yekununda qəbul edilən bəyanatda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş İşçi Qrupun fəaliyyəti yüksək qiymətləndirilir, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin vacibliyi qeyd olunur: “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata, o cümlədən 11 yanvar 2021 tarixli üçtərəfli bəyanata baxmayaraq, indiyə qədər Azərbaycanla Naxçıvan arasında kommunikasiya bərpa olunmayıb, Zəngəzur dəhlizi açılmayıb. Bunun səbəbi Ermənistanın müxtəlif bəhanələrlə üzərinə düşən öhdəliyi icra etməkdən yayınmasıdır. Onu da qeyd edim ki, Putinin mətbuata bəyanatında dəfələrlə dəhliz ifadəsini işlətməsi isə Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən də dəstəkləndiyini ortaya qoyur. Ümid edirəm ki, Ermənistan mövcud reallığı dərk edəcək, Paşinyan isə bu dəfə imzasının arxasında dayanacaq. Bununla da Zəngəzur koridoru ən qısa zamanda fəaliyyətə başlayacaq, bölgəmizdə sabitlik hökm sürəcək”.

C.Osmanov hesab edir ki, Soçi bəyanatında təsbit edilən müddəalar Azərbaycan diplomatiyasının qarşıya qoyduğu məqsədlərinə tam uyğundur.

Son xəbərlər

Orphus sistemi