Yuxarı

SOCAR-ın vitse-prezidenti BMT rəsmisiləri ilə görüşüb

SOCAR-la BMT-nin İnkişaf Proqramı arasında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı. 22 may. REPORT.AZ/ SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində səfərdə olub. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Səfər zamanı BMT-nin İnkişaf Proqramının İstanbul ofisində qurumun Avropa və MDB üzrə Regional Mərkəzin rəhbər heyəti ilə mühüm görüşlər keçirilib, bir sıra aktual məsələlər müzakirə edilib.

R.Hüseynzadə SOCAR-ın ekologiya sahəsində həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verib, eyni zamanda SOCAR ilə BMT-nin İnkişaf Proqramı arasında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq perspektivləri və konkret layihələr müzakirə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi