SOCAR-da Almaniya və Türkiyə səfirləri ilə görüş olub

SOCAR-da Almaniya və Türkiyə səfirləri ilə görüş olub Səfirləri şirkətin prezidenti Rövnəq Abdullayev qəbul edib
Xarici siyasət
6 Fevral , 2017 19:32
SOCAR-da Almaniya və Türkiyə səfirləri ilə görüş olub

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul edib.

SOCAR-dan “Report”a verilən məlumata görə, qonağı səmimi salamlayan R. Abdullayev Azərbaycan-Almaniya münasibətlərinin inkişafında enerji sahəsində əməkdaşlığın mühüm rol oynadığını qeyd edib, SOCAR və Almaniyanın enerji şirkətləri, xüsusilə də Uniper (E.ON) şirkəti ilə uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin reallaşmasında Almaniya şirkətlərinin rolu xüsusi qeyd olunub. Səfir təbii qazın hasilatı və nəqli ilə bağlı həyata keçirilən layihələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Bu gün SOCAR prezidenti həmçinin Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib. Görüşdə R.Abdullayev iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırıb, Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirilən enerji layhələrində iştirakının, habelə SOCAR-ın Türkiyədə reallaşdırdığı investisiya layihələrinin hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Tərəflər Avropanın enerji təhlükəsizliyi istiqamətində həyata keçirilən enerji layihələrində Türkiyənin tranzit ölkə kimi rolu, xüsusilə TANAP layihəsinin icrasının bu baxımdan əhəmiyyətini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi