Bakı. 15 dekabr. REPORT.AZ/ "Bu ilin əvvəlindən indiyədək 260 mindən çox insan "ASAN viza" əldə edib".
"Report" xəbər verir ki, bunu Bakıda "Texnologiyalar və innovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri" mövzusunda keçirilən konfransda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov deyib.
C.Salmanovun sözlərinə görə, bu göstərici 2016-cı ildə alınmış elektron vizaların sayından 5 dəfə çoxdur.