PA-nın şöbə müdiri: "Azərbaycan Avropa liqasının Bakıda keçirilən finalı ilə öz sözünü dedi" - EKSKLÜZİV

PA-nın şöbə müdiri: "Azərbaycan Avropa liqasının Bakıda keçirilən finalı ilə öz sözünü dedi" - EKSKLÜZİV Avropa liqasının finalında Çelsi və Arsenal komandaları arasında Bakıda baş tutan qarşılaşma uğurlu keçdi. Ölkəmizdə yüksək təşkilatçılıq mədəniyyəti mövcuddur, beynəlxalq miqyasda olan tədbirlərə Azərbaycan layiqincə ev sahibliyi edir.
Xarici siyasət
1 İyun , 2019 13:32
PA-nın şöbə müdiri: Azərbaycan Avropa liqasının Bakıda keçirilən finalı ilə öz sözünü dedi - EKSKLÜZİV

"Avropa liqasının finalında "Çelsi" və "Arsenal" komandaları arasında Bakıda baş tutan qarşılaşma uğurlu keçdi. Ölkəmizdə yüksək təşkilatçılıq mədəniyyəti mövcuddur, beynəlxalq miqyasda olan tədbirlərə Azərbaycan layiqincə ev sahibliyi edir".

Bunu "Report"un sorğusuna cavab olaraq Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu tədbir bir daha göstərdi ki, Azərbaycana təşrif buyuran futbol həvəskarlarının, xarici ölkə vətəndaşlarının təhlükəsizliyi tam təmin olunur: "Onların rahat şəkildə futbol oyununu izləməsi üçün hər bir şərait yaradılmışdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təəssüflər olsun ki, Azərbaycana qarşı bəzi beynəlxalq dairələr informasiya müharibəsi aparırlar. Xüsusilə də ölkəmizdə beynəlxalq tədbirlər keçirilən zaman bu kimi aksiyalar, informasiya hücumları daha da intensivləşir. Amma yekunda Azərbaycan öz sözünü dedi. O mənada ki, bu tədbir layiqincə keçirildi, yüksək səviyyədə təşkil olundu".

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, UEFA və bir sıra aidiyyatı strukturlar tərəfindən də filan qarşılaşmasının yüksək səviyyədə təşkili təqdir edilir: "Ermənistan rəhbərliyi tərəfindən “Arsenal” futbol klubunun oyunçusu Henrix Mxitaryana zəng edilməsi onu göstərir ki, Ermənistan futbolu siyasiləşdirməyə çalışırdı. Ermənistan konkret olaraq ehtiyatda olan bir oyunçu ilə bağlı məsələni siyasiləşdirmək məqsədi güdürdü. Futbol siyasətdən kənardır, idmanın siyasiləşdirilməsi qəbuledilməzdir. Ermənistan rəhbərliyi Azərbaycanı rasizmdə, diskriminasiyada günahlandırmağa cəhd göstərirdi. Amma Ermənistanın rasimzdən və diskriminasiyadan danışmağa haqqı yoxdur. Ermənistan rəsmi olaraq ölkədə ərazisində yaşayan digər xalqlara, o cümlədən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdüb. Ermənistan monoetnik dövlətdir, işğal edilən Azərbaycan ərazilərində də etnik təmizləmə siyasəti həyata keçirən bir dövlətdir". 

Son xəbərlər

Orphus sistemi