​Sloveniya Milli Şurasının prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

​Sloveniya Milli Şurasının prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb Səfərin məqsədi Azərbaycanla Sloveniya arasındakı münasibətlərin möhkəmləndirilməsidir
Xarici siyasət
2 Mart , 2015 18:45

Bakı. 2 mart. REPORT.AZ/ Sloveniya Milli Şurasının prezidenti Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir. 

"Report"un məlumatına görə, M.Bervar Bakıda jurnalistlərə açıqlamasında bildirib ki, səfərin məqsədi Azərbaycanla Sloveniya arasındakı münasibətlərin möhkəmləndirilməsidir. 

O, səfər çərçivəsində iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə keçiriləcək Azərbaycan-Sloveniya biznes forumunda da iştirak edəcək. 

M.Berver iki ölkə arasında mədəniyyət və idman sahələrində də əməkdaşlığın möhkəmlənəcəyinə ümidvar olduğunu qeyd edib. 

Onun sözlərinə görə, səfər müddətində Bakıda Sloveniya Simfonik Orkestrinin çıxışı da nəzərdə tutulub. 

Qeyd edək ki, səfər çərçivəsində Sloveniya Milli Şurasının prezidentini Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə də görüşləri nəzərdə tutulub.

Səfər martın 5-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi