Yuxarı

Sloveniya Milli Şurasının prezidenti Azərbaycana səfər edəcək

Nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək

Bakı. 28 fevral. REPORT.AZ/ Sloveniya Milli Şurasının prezidenti Mitya Berverin rəhbərlik etdiyi nümayəndə heyəti martın 2-də Azərbaycana rəsmi səfər edəcək.  Sloveniya Milli Şurasının mətbuat xidmətindən "Report"a bildiriblər ki, səfər zamanı Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Milli Şurası prezidentini qəbul edəcəyi gözlənilir. Qonağın Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə də görüşləri nəzərdə tutulub. 

Səfər martın 5-də başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi